Hulusi Akar: Zəlzələdə 100 əsgərimiz şəhid olub
20.02.2023
Türkiyənin 10 vilayətində zəlzələ nəticəsində 100 əsgər şəhid olub.
"DM" xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Zəlzələ nəticəsində yaralıların da olduğunu vurğulayan nazir hazırda iki əsgərin itkin hesab edildiyini deyib: "Dağıntılar altında qaldıqlarını düşünürük”.