Blinken Hatayda gördüklərini sözlə ifadə etməyin çətin olduğunu bildirib
20.02.2023
Zəlzələdən sonra Türkiyənin toparlanması və inşaat işlərində bu ölkənin yanında olacağıq.
"DM" xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Blinken zəlzələ baş verən Hataya getdiyini qeyd edərək dağıntılarıln necə böyük miqyasda olduğunu öz gözləri ilə gördüyünü deyib. "Oradakı gördüyüm vəziyyəti sözlərlə ifadə etmək çətindir. Böyük məhəllələr, şəhərlər ciddi zədələr alıb, binalar dağılıb".
O deyib ki, ABŞ zəlzələdən qısa müddət sonra Türkiyəyə dəstək göndərib. "ABŞ-dan yardıma gələnlər fəlakətin böyüklüyündən xəbərdardırlar və yardım üçün əllərindən gələni edirlər".
Blinken xatırladıb ki, ABŞ indiyə qədər Türkiyə və Suriyaya 85 milyon dollar yardım ayırıb və bu günlərdə daha 100 milyon ayrılacaq.