İrəvanda yanğında həlak olan hərbçilərin valideynləri aksiya keçirir
20.02.2023
Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.
"DM" "Sputnik Armenia”ya istinadən məlumat verir ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş yanğında həlak olan 15 hərbçinin valideynləridir.
Bildirilib ki, aksiyada iştirak edənlər hökumət binasında görüşə dəvət olunub, lakin görüşün konkret kiminlə baş tutacağı məlum deyil. Aksiyaya gələnlərin nümayəndəsi, vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, etirazçılar övladlarının ölümü ilə bağlı irəli sürülmüş rəsmi versiyaya inanmırlar, dərin və hərtərəfli araşdırma tələb edirlər. Onlar həm hadisənin səbəbləri, həm də baş vermə şəraitinin müəyyən edilməsi üçün müvafiq strukturların addımları ilə bağlı izahat tələb edirlər.
Xatırladaq ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb.