Aİ-nin Ukrayna üzrə fövqəladə iclasının keçirəcəyi tarix məlum olub
20.02.2023
Martın 6-7-də Ukraynaya əlavə sursatın tədarükünü əlaqələndirmək üçün Aİ xarici işlər və müdafiə nazirlərinin fövqəladə iclası keçiriləcək.
Bunu bazar günü Aİ-nin xarici xidmətinin rəhbəri Josep Borrell Münhendə keçirilən təhlükəsizlik konfransında deyib və vurğulayıb ki, Aİ ölkələri bu gün Ukraynanı əllərində olan bütün sursatla təmin etməlidirlər.
"Ukraynaya hərbi tədarükləri tez bir zamanda artırmalı və sürətləndirməliyik. Ukrayna sursat baxımından kritik vəziyyətdədir, bu problem həftələr ərzində həll edilməlidir. Biz əlimizdə olanlardan, üzv ölkələrin sahib olduqlarından istifadə etməliyik”, - deyə Borrell bəyan edib
O, həmçinin Kiyevə mümkün qədər çox tank verilməli olduğu fikrini təkrarlayıb: "Xəndək döyüşlərində manevrlər və hücumlar üçün tanklar lazımdır və biz onları Ukraynaya verməliyik”, - diplomat qeyd edib.
Mənbə: TASS