21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ və Avropa Rusiyanın casus şəbəkələrinin məhv edilməsinə başlayıblar

17.02.2023

ABŞ və Avropa Ukrayna müharibəsi fonunda Rusiyanın casus şəbəkələrinin məhv edilməsi kampaniyasını həyata keçirirlər.

Məlumata görə, hərbi əməliyyatlar başlayandan sonra Rusiya kəşfiyyat şəbəkələri böyük ziyana məruz qalıblar. Finlandiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Antti Pelttarinin sözlərinə görə, ölkədən çıxarılma, sonrakı həbslər və Avropada daha çox müşahidə olunan düşmənçilik mühiti səbəbilə Rusiya xidmətlərinin imkanları xeyli azalıb.

Digər mənbələr də Rusiya tərəfinin itkiləri kompensasiya etmək cəhdlərindən danışıblar. Beləliklə, onların fikrincə, Moskva kibercasusluğa daha çox arxalanmağa başlayıb. Həmçinin yeni casuslardan istifadə etmək məqsədilə sərhəd keçidlərindən və qaçqın axınından istifadə etməyə çalışır.

Eyni zamanda, vəziyyətlə tanış olan rəsmilər qeyd ediblər ki, yeni gələnlər Rusiya səfirliklərində işləmək hüququndan və imtiyazlardan məhrum olacaqlar.

Mənbə: "Washington Post”