Finlandiya Prezidenti: İsveçlə eyni vaxtda NATO-ya üzv olmaq istəyirik
17.02.2023
Finlandiya İsveçlə eyni vaxtda NATO-ya üzv olmaq istəyir.
APA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Münhendə finlandiyalı jurnalistlərə açıqlamasında deyib.
"Finlandiya və İsveç NATO-ya daxil olmaq üçün öz iradəsini ifadə edib və ərizə veriblər. Bu, bizim iradəmizin ifadəsidir. Bizim iradəmizə münasibət yalnız və yalnız Türkiyənin əlindədir. Biz və İsveç hələ də ortaq bir anlayışa malikik: mümkün qədər tez zamanda hər ikimiz üzv olaq. Türkiyənin isə bununla bağlı öz yanaşması var. Və dediyim kimi, bu, yalnız Türkiyənin əlindədir. Biz ərizəmizi geri götürmək istəmirik və edə bilmərik. Biz öz iradəmizi ifadə etmişik", - Prezident Niinistö vurğulayıb.