Cahit Bağçı: Azərbaycan çadır və konteyner ehtiyacımızı qarşılayıb
17.02.2023
Hava şəraitinə görə, zəlzələdən əziyyət çəkən vətəndaşlarımızın çadıra və digər bu kimi vasitələrə ehtiyacı var.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
"Hazırda bu istiqamətdə ölkəmizdə iş gedir. Türkiyədə həm çadır, həm də konteyner istehsalına başlanılıb. Eyni zamanda, Azərbaycan da bu ehtiyacı qarşılamağımız üçün yardımlar göndərib. Fürsətdən istifadə edib bir daha Cənab Prezident İlham Əliyevə, həm Heydər Əliyev Fonduna, həm də Fövqəladə Hallar Nazirliyinə təşəkkür edirəm", - səfir vurğulayıb.