KTMT-nin baş katibi vəzifəsindən azad edildi
02.11.2018
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib.
"Dövran Media" xəbər verir ki, bununla bağlı təşkilatın saytında məlumat yerləşdirilib.
"Erməni tərəfinin təşəbbüsü ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, Ermənistan Respublikasının nümayəndəsi və eyni zamanda KTMT-nin baş katibi olan Xaçaturov Yuri Qriqoryeviç vəzifəsindən vaxtından əvvəl geri çağırılıb. KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə o, baş katib vəzifəsindən azad edilib”, - məlumatda bildirilib.