Xankəndi-Laçın yolunda RSK-nın avtomobilləri maneəsiz keçib
17.02.2023
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - YENİLƏNİB-6
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 28 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik və 26 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 56-ya çatıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.