21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın partiyasında Türkiyəyə görə fikir ayrılığı yaşanır

17.02.2023

Hakim "Mülki müqavilə” partiyasında Türkiyə ilə bağlı ciddi fikir ayrılığı yaşanır. Onların bir qismi Ankara ilə münasibətlərin normallaşmasına meyillənsə də, digərləri buna qarşı çıxırlar.

"DM" xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayır.

"Bəzilərini İrəvanın Ankara ilə ortaq dil tapa bilməsi hədsiz ruhlandırır. Onlar hesab edirlər ki, regionda uzunmüddətli sülh üçün ilk növbədə Türkiyə ilə əlaqələri normallaşdırmaq lazımdır. Paşinyan tərəfdarları Türkiyənin Azərbaycanla münasibətlərin tənzimlənməsində vasitəçi olmasına etiraz etmir. Mirzoyanın sülh müqaviləsi sənədini türklər vasitəsilə Bakıya ötürməsini, Ankaraya danışıq proseslərinə üzv kimi mandat verməsini müsbət qarşılayırlar”, - məlumatda deyilir.

Qeyd olunur ki, partiya üzvlərinin bir qisimi isə türk sevgisini yersiz hesab edir. "Mülki müqavilə” üzvləri bu barədə razılığa gələ bilmirlər.