Demonyan: Zəngəzur dəhlizi humanitar yük üçün açıla bilər
17.02.2023
İrəvanın Ankaraya göstərdiyi yardım okeanda bir damla idi və zəlzələnin nəticələrinin aradan qaldırılmasına ciddi təsir göstərə bilməzdi. Lakin bunun üçün sərhədlərimiz müvəqqəti də olsa açıldı.
"DM" xəbər verir ki, bunu erməni tarixçi Hayk Demonyan deyib.
"Bu təcrübə Zəngəzur dəhlizinin açılmasını daha da qabarda bilər. Yəni humanitar yüklərin daşınması məqsədilə Zəngəzur dəhlizinin açılmasında irəliləyiş istisna deyil. Hazırda sözügedən dəhlizin açılması üçün yumşaq ritorikadan istifadə imkanı yaranıb”, - o bildirib.