Paşinyanın Şarl Mişellə qeyri rəsmi görüşü olub
17.02.2023
Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib.
"DM" xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan-AB əməkdaşlığını müzakirə ediblər.
Qeyd edək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.