Zəlzələdən 261 saat sonra növbəti möcüzə yaşanıb
17.02.2023
Türkiyədə zəlzələdən ziyan çəkən bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Növbəti sevindirici xəbər Hatay vilayətinin mərkəzi Antakya şəhərindən gəlib.
Xilasedicilər 261 saat sonra daha iki nəfəri sağ çıxara biliblər.
Belə ki, 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı dağıntılar altından sağ çıxarılaraq həkim qruplarına təhvil veriliblər.
Mənbə: Anadolu