21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib

16.02.2023

"Dağıdıcı zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib”.

Bunu  Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy deyib.

O, hazırda Bakıda yardım toplanması kampaniyasının ilk gün olduğu kimi sürətlə davam etdiyini söyləyib.

Platforma nümayəndəsi bildirib ki, insanlar əllərindən gələn köməyi edirlər.

"Gətirilən yardımlar könüllülər tərəfindən çeşidlənərək qutulara yığılır. İndiyə qədər rəsmi olaraq Türkiyəyə 136 TIR humanitar yardım yola salınıb. Onlardan 9-u Gəncə şəhərindən göndərilib. Yardımlara əsasən isti paltar, yataq dəstləri, ərzaq məhsulları, qızdırıcılar, çadırlar daxildir. Zəlzələdən zərərçəkənlərin ən çox bunlara ehtiyacları var”, - Ö.Aksoy vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.