Erməni və yunanlar hərəkətə keçdi: Türkiyəyə qarşı
12.02.2018
Yunan Amerikan Liderlik Şurası Türkiyə ilə bağlı yeni kampaniya başlayıb.
Kampaniyada məqsəd Türkiyəyə F-35 qırıcılarının satışının dayandırılmasıdır.
Bu işdə şuraya Amerika Erməni Milli Komitəsi yardım edir.
Onlar bunun üçün ABŞ senatorları ilə görüşlər keçirir. Görüşlər zamanı Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə münasibətlərini pozduğunu, Ankaranın F-35-lərin texnologiyası ilə bağlı Rusiya və İranı məlumatlandırdığını bildirirlər.
"DM"