Stoltenberq Türkiyədəki zəlzələləri ən böyük təbii fəlakət adlandırıb
16.02.2023
"Türkiyədə fevralın 6-da baş verən zəlzələlər alyans ərazisində meydana gələn ən böyük təbii fəlakətdir”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi brifinqdə deyib.
"Türkiyədəki zəlzələlər NATO-nun yaranmasından bəri alyansımızın ərazisində baş verən ən ölümcül, ən dəhşətli fəlakətdir”, - deyə o bildirib.
Qeyd edək ki, Stoltenberq bu gün Türkiyəyə səfər edib. Onun səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb.