Ərdoğan və Baxçalı arasında görüş olacaq
16.02.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Millətçi Hərəkət Partiyasının başqanı Dövlət Baxçalı bu gün görüşəcəklər.
"DM" xəbər verir ki, bu barədə "Haber7” məlumat yayıb.
Məlumata görə, onların görüşü Bakı vaxtı ilə 15:30-da Prezident Sarayında baş tutacaq.
Görüşdə nəyin müzakirə olunacağı açıqlanmasa da, seçkilərin gündəmdə olacağı ehtimal edilir.