BQXK və RSK-ya məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər
16.02.2023
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 23-ə çatıb.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.