Milli Məclisdə himnimizlə bağli MÜBAHİSƏ
02.11.2018
"Digər dövlətlərin himnlərin 2 - 2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hər kəs himni sevməlidir: "Dəfələrlə deyilib ki, həcmi azaltmaq lazımdır, bunu əzəmətli bir himnə çevirmək lazımdır. Üzeyir Hacıbəyli Azərbaycan Sovet Sosialist Respublikasının da himninin musiqisini yazıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.