Rusiyada da güclü zəlzələ baş verib
16.02.2023
İrkutskda 5,9 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Zəlzələ saat 10:35-də (Bakı vaxtı ilə 6:35) Bolşoy Qoloustnoyedən 18 kilometr aralıda, Baykal gölünün akvatoriyasında qeydə alınıb.
Yeraltı təkanlar episentrdə 5,9 bal olub, İrkutskda üç bala qədər təkan hiss edilib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ nəticəsində xəsarət alan olmayıb.