Azərbaycanda məhkəmələrə yeni hakimlər təyin edildi
02.11.2018
Azərbaycanda bir sıra ali və apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
Milli Məclisin keçirilən plenar iclasında bu məsələ müzakirəyə çıxarılıb.Belə ki, Azərbaycan Ali Məhkəməsinə 1, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə 3, Bakı Apellyasiya Məhkəməsinə 12, Sumqayıt Apellyasiya Məhkəməsinə 4, Gəncə Apellyasiya Məhkəməsinə 3, Şirvan Apellyasiya Məhkəməsinə 5 və Şəki Apellyasiya Məhkəməsinə 4 hakimin təyin edilməsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra yeni hakimlərin təyin edilməsi təsdiq olunub.