Polşada bu diplomatlar işdən qovulub
15.02.2023
Bir neçə ay öncə Polşada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu olan bütün diplomatlar tutduqları vəzifələrdən azad edilib.
"DM" xəbər verir ki, bunu Polşa xarici işlər naziri Zbiqnev Rau deyib.
"MDBMİ rus imperializminin fəaliyyətinə investisiya və sovet imperializminin böyük layihəsinin bir hissəsi idi. Geniş başa düşülən dekommunizasiyanın bir hissəsi olan çox vacib bir prosesi bağlaya bildik”, - nazir bildirib.