ABŞ İrana güzəştə getməyə hazırdır
02.11.2018
ABŞ hökuməti sanksiyalara baxmayaraq, İran neftini idxal etmələri üçün səkkiz ölkəyə güzəştə getməyə hazırdır.
"Dövran Media" AzərTac-a istindən xəbər verir ki, "Bloomberg” agentliyi güzəştlər edilən ölkələrin adlarını açıqlamasa da, onların arasında Yaponiya, Hindistan və Cənubi Koreyanın olduğu məlumdur. Bu ölkələr güzəştlərə cavab olaraq qiymət artımına səbəb yaratmamaq üçün neft idxalını azaltmalıdır.Güzəştlər barədə rəsmi bəyanatın bu gün elan olunacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı ciddi güzəştlərə getməyə hazır olduğu barədə məlumat yayılıb. Güzəştlər Tehrana Vaşinqtonun əsas iqtisadi sanksiyalarından yayınmağa imkan verəcək.