Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldəki görüşü başa çatıb
15.02.2023
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - "Ramşteyn formatı”nın Brüsseldəki görüşü başa çatıb.
"DM" xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov "Twitter"də yazıb.
"Mən Ramşteyn görüşündə iştirak edən bütün ölkələrə və Şimali Atlantika Alyansına (red. - NATO) Ukraynanı dəstəklədiklərinə görə minnətdaram. Sabahın iş cədvəli çox sıxdır. Tankları müzakirəsinə daha çox vaxt ayıracağıq. Yaşasın Ukrayna!”, - deyə Reznikov qeyd edib.