Türkiyədə daha bir terrorun qarşısı alındı
02.11.2018
Türkiyənin şərqindəki Malatya əyalətində terror aktının qarşısı alınıb.
Verilən məlumata görə, polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində minalanmış avtomobil aşkar edilib.
Avtomobildə 28 kiloqram həcmində partlayıcı maddə olub. Hadisə ilə əlaqədar 3 nəfər saxlanalıb.
Qeyd edək ki, ötən gün Mardin əyalətində də terror aktının qarşısı alınmışdı.