16 min dollarlıq üzüyü zibilliyə atdı - SƏBƏB
12.02.2018
Dövran Media BELTA agentliyinə istinadən xəbər verir ki, Çinin Yançjou şəhərinin sakini Sya təsadüfən 16,7 min dollar dəyərində olan qiymətli üzüyünü zibil qabına atıb. Bələdiyyə təmizlik xidmətinin işçiləri tərəfindən gün ərzində aparılan axtarışlar nəticəsiz qalmır. Qiymətli üzüyü tapıb sahibinə qaytarırlar.
Qeyd edək ki, cinli qadın diqqətsizliyi üzündən bir karatlıq brilliant üzüyü zibil qutusuna atıb. O, öz səhlənkarlığını, üzüyünün zibilqarışıq kommunal xidmətcilərin əlinə düşəndə anlayıb. Onu tapmağa hec bir ümidi olmayan qadın yenə də bələdiyyə xidmətinə xəbər verib. Kommunal xidmətçilər bu işdə böyük səy göstəriblər. Səkkiz dalandarın bir necə saat ərzində 13 ton kipləşdirilmiş zibil tullantılarını töküb axtarması nəticəsində üzük tapılaraq sahibinə qaytarılıb. Qadın çox xoşbəxt olduğunu və bu işə laqeyd yanaşmayan xidmətçilərə isə öz minnətdarlığını bildirib. Sya həyat yoldaşının hədiyyəsi olan üzüyün onun üçün əziz olduğunu da etiraf edib.