Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçirilir
14.02.2023
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 14.02.2023-cü il tarixdən 18.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.