FHN xilasediciləri dağıntılar altından 198 saatdan sonra 2 nəfəri sağ çıxarıb
14.02.2023
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından iki nəfəri sağ çıxarıblar.
"DM"-nın xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil veriliblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.