Tanınmış Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun doğum günüdür.
"Dövran Media" xəbər verir ki, Mahmudov Emin Sabit oğlu (Sabitoğlu) 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra Konservatoriyada təhsil alıb, iki ildən sonra P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib.
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə,Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.