İsrail xarici işlər naziri Türkiyəyə səfər edib
14.02.2023
İsraili xarici işlər naziri Eli Kohen Türkiyəyə səfər edib.
"DM" xəbər verir ki, bu barədə XİN başçısı "Twitter"də bildirib.
"Mən Türkiyəyə türk xalqı ilə həmrəy olduğumu bildirmək üçün gəlmişəm. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam. İsrail bu çətin zamanda Türkiyənin yanındadır və heyətimizin fəaliyyəti və humanitar fəaliyyətimizlə ona kömək etməyə davam edəcək", o yazıb.