Qanunsuz ov edən şəxs cərimələndi
02.11.2018
Hacıqabulda icazəsiz ov cəhd edən şəxs saxlanılıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.
Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada min manat məbləğində cərimə olunub.