FHN-in mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib - FOTO/VİDEO
13.02.2023
Türkiyədə Fövqəladə Hallar Nazirliyi (FHN) mobil səhra hospitalında 215 nəfərə tibbi xidmət göstərilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Belə ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.