Azərbaycan şahmatçılarından Türkiyəyə dəstək
13.02.2023
Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələnin qurbanlarına və yaralılara dəstək olmaq üçün Azərbaycan Şahmat Federasiyası və ölkəmizin şahmat ailəsi 10 min manat maddi yardım göstərib.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Qeyd olunub ki, toplanan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) hesabına köçürülüb.
Azərbaycan şahmat ailəsi zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayır.