Kadırov: Rusiya öz təhlükəsizliyi üçün bu şəhərləri nəzaərət götürməlidir
13.02.2023
Rusiya öz təhlükəsizliyini təmin etmək üçün Xarkov və Odessanı nəzarətə götürməlidir.
"DM" xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, Ukraynadakı xüsusi əməliyyatın tapşırıqları ilin sonuna qədər tamamlanacaq. "Biz başa vuracağıq, baxmayaraq ki, bəziləri 1 il, 2 il, 3 il deyir, amma inanıram ki, ilin sonuna kimi qarşıya qoyulan vəzifəni 100% yerinə yetirəcəyik".
Kadırov bildirib ki, Rusiya Ukraynada sülh naminə döyüşür. "Biz döyüşürük ki, sülh olsun, bizi öldürməsinlər, bizə atəş açmasınlar. Beləliklə, biz hamımız bugünkü kimi, gecə-gündüz işləməliyik”.
Çeçenistan rəhbəri Rusiyanın Ukraynada tam gücü ilə döyüşmədiyini də söyləyib: "Amma Rusiyanın səbri tükənə bilər", - o deyib.