Hatayda 175 saat sonram ana və iki qızı salamat çıxarılıblar - VİDEO
13.02.2023
Türkiyədə fevralın 6-da baş verən iki dağıdıcı zəlzələdən sonra bölgədə axtarış-xilasetmə qruplarının işləri fasiləsiz olaraq davam edir. Bununla bağlı sevindirici xəbərlərdən biri Hatayın Antakya rayonundan gəlib.
Belə ki, zəlzələdən sonra 175 saat dağıntılar altında qalan ana və iki uşağı sağ-salamat çıxarılıblar. Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.
"DM"-nın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.