Zəlzələdə xəsarət alan 10 uşaq Bakıya gətirilib
13.02.2023
Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq müalicə üçün Bakıya gətirilib.
"DM" xəbər verir ki, həmin uşaqlar K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.
Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcək.