Rusiya proqramları bu ölkədə qadağan edildi
12.02.2018
Dövran Media Ria.novosti-yə istinadən xəbər verir ki, bu gündən Moldovada Rusiyanın xəbər və analitik-informasiya verilişlərinin yayımı qadağa olunur. Bu barədə ölkənin televiziya və koordinasiya şurasının saytında bildirilir. Xatırladaq ki, dekabrda Moldova parlamenti prezident İqor Dodon tərəfindən rədd edilmiş, xarici təbliğat ilə mübarizə haqqında qanunu yenidən qəbul edib. Qanuna əsasən xarici, o cümlədən də Rusiya analitik informasiya, hərbi və siyasi məzmunlu televiziya və radio proqramlarının yayımı qadağan edilir. Lakin digər verilişlərin yayımlanmasına icazə verilir. Sosioloji sorğuya əsasən Moldova əhalisinin əksəriyyəti buna öz etirazını bildirib. Ölkə parlamenti isə Rusiyanın ölkəsinin milli informasiya təhlükəsizliyinə hücumunu və siyasi fəaliyyətinə təhqiramiz müdaxiləsini səbəb gətirərək pisləyib.
"DM"