Bayramov və Çavuşoğlu dağıntılar olan ərazilərə baş çəkiblər
11.02.2023
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
"DM"-nın xəbərinə görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olub.
Daha sonra C.Bayramovla M.Çavuşoğluya əməliyyatlarla bağlı məlumat verilib.
Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.