Ərdoğan: Zəlzələ bölgəsindəki bütün binaları bir il içərisində tikib başa çatdıracağıq
10.02.2023
Zəlzələdə həyatını itirən vətəndaşlarımızın yaxınlarına deyirəm ki, bu binaların hamısını bir il içərisində tikib başa çatdıracağıq.
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamandakı çıxışı zamanı deyib.
"Bu barədə lazımi şəxslərə təlimatlar verilib", - Prezident əlavə edib.
"Zəlzələ bölgəsi başda olmaqla ölkənin yenidən ayağa qalxması üçün hərtərəfli yeni bir proqram hazırlayırıq. Millətimiz zəlzələ dağıntıları altında inləyərkən bu ağrını siyasi şouya çevirən fürsətcillərə də imkan verməyəcəyik", - Türkiyə Prezidenti vurğulayıb.