Fuad Nəcəfli Türkiyə konsulu ilə görüşüb
10.02.2023
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.
"DM" verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığı verib. Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.
Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.