Novruz Məmmədov Qazaxıstana getdi
01.11.2018
Noyabrın 1-də Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.