21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Etibar Mirzəyev: Türkiyədəki azərbaycanlı xilasedicilər var gücü ilə çalışır

10.02.2023

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə göndərdiyi humanitar yadım avtomobilləri Kahramanmaraş şəhərinə çatdı.

"DM" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, avtomobillərin içində çadırlar, çarpayılar, generator və digər ləvazimatlar var: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 725 nəfərdən ibarət xilasedicilər Kahramanmaraş şəhərində fəaliyyət göstərir. Artıq beş gündür axtarış-xilasetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz tərəfindən 290-dan artıq meyit, 46 nəfər canlı olaraq dağıntılar altından çıxarılıb”.

Nazir müavini qeyd edib ki, hazırda Kahramanmaraş şəhərində 12 fərqli nöqtədə xilasetmə işləri aparılır, həmin bu tədbirlər 3 növbəli həyata keçirilir: "Türkiyə və Azərbaycan xalqı qardaşdır, onların dərdi, kədəri bizim dərdimiz, bizim kədərimizdir. Bizim xilasedicilər var gücü ilə çalışır. Hazırda zamanla vuruşuruq. Zamanı qabaqlamaq istəyirik. Hər saat, hər dəqiqə uçqunlar altında qalan şəxslərin həyatı üçün təhlükəlidir. Hazırda hava soyuqdur. Hava soyuq olduğundan işlərimizi daha da sürətləndirməyə çalışırıq. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni edirik”.