FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb
10.02.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gün təyyarə ilə qardaş ölkəyə yola salınıb.
FHN-dən verilən məlumata görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.
200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.