Putin: Rusiyanın səsi tezliklə eşidiləcək
01.11.2018
Dünyanın yenidən formalaşdırılmasına cəhdlər edilir.
"Dövran Media" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Rus Xalq Məclisi təşkilatının iclasında çıxışı zamanı deyib.
"Biz dünyanın yenidən formalaşdırılması üçün hansı cəhdlərin edildiyini görürük. Bu cəhdlər əsrlərlə formalaşan sivil dəyərlərin və mədəni tarixi məkanın dağılmasına yönəlib. Hədəf fərqli simasız protektoratların yaradılmasıdır. Bölünmüş, milli yaddaşı silinmiş, vassal səviyyəsinə salınmış xalqları idarə etmək rahatdır. Bunu dünyanın çox regionlarında, o cümlədən postsovet məkanında sınaqdan keçirirlər. İstifadə olunan əsas metodlar isə mağara millətçiliyi, rusofobluq, kilsə həyatına kobud müdaxilədir. İctimaiyyət bir olmalıdır. Yalnız bu halda dövlət tarixi çağırışlara reaksiya verə, xarici təzyiqlərə müqavimət göstərə, suverenliyini qoruya bilər. Rusiyanın səsi gələcək dünyada əmin şəkildə eşidiləcək”, – deyə o bildirib.