23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiyalı elm adamı zəlzələ ilə bağlı xəbərdarlıq edib

09.02.2023

"Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir”.

Bu barədə yaponiyalı elm adamı, zəlzələ üzrə mütəxəssis Yoşinori Morivaki türkiyəli aparıcı Ferda Yıldırıma canlı efirdə müsahibəsi zamanı bildirib.

Ferda Yıldırım elm adamına yanvar ayında qatıldığı bir seminar zamanı zəlzələ ilə bağlı bəzi açıqlamalarını xatırladıb. Morivaki o zaman zəlzələnin gözlənildiyi ilə bağlı xəbərdarlıq edibmiş.

"İlk olaraq deyim ki, hazırlıqlı olmaq lazımdır. Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir. Amma Şərq qırılma xətti də parçalanmağa başlayıb, ona görə bunu bir xəbərdarlıq kimi də hesab etmək olar”, - deyə o, yanvar ayında qeyd edib.

Yoşinori Morivaki hazırda bir neçə yerdə risk olduğunu da bildirib. Əsas riskli bölgələrin hansılar olduğuna dair suala cavabında mütəxəssis Mərmərə bölgəsinin adını çəkib.

"Mərmərə bölgəsində xüsusilə dörd yerdə uzun zamandır parçalanmayan qırılma xətləri nöqtələri var. Bu bölgənin təhlükəli olduğunu deyə bilərəm. İkinci olaraq Şərqi Anadolu qırılma xəttinin içində Bingöldə bir dəfə kiçik zəlzələ baş verdi, amma daha güclü zəlzələnin olacağı gözlənilir. Egey tərəfdə də 6, maksimum 7 bal gücündə zəlzələnin olması mümkündür.

Hazırda zəlzələnin baş verdiyi bölgələrdə də təkanların bir neçə ay, bir il sonra təkrarlanması ehtimalı var. Ona görə də diqqətli olmaq lazımdır”, - deyə o vurğulayıb.

Daha ətraflı videosüjetdə: