Mişel: Ukraynaya dəstəyi artırmağın vaxtı çatıb
09.02.2023
Ukraynanı hərbi və siyasi tədbirlərlə dəstəkləmək üçün səyləri gücləndirməliyik.
"DM" xəbər verir ki, bu sözləri Avropa Birliyi Şurasının sədri Şarl Mişel deyib.
"Artıq bizim Ukraynaya həm hərbi, həm də siyasi dəstəyi artırmağımızın vaxtı çatıb. Qarşıdakı həftələrdə və aylarda dəstəyi genişləndirmək üçün hansı əlavə vasitələrdən istifadə edə biləcəyimizə qərar verməliyik", - Mişel bildirib.