Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq
09.02.2023
Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Tədbirlər Planına əsasən, il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, "Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.
Adıçəkilən tətbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.