Zəlzələdən 79 saat sonra iki sevindirici xəbər - VİDEO
09.02.2023
Hatayda dağıntılar altında qalan iki yaşlı uşaq zəlzələdən 79 saat sonra xilas edilib.
Betonu divar qazma alətləri ilə kəsərək dəhliz yaradan qruplar uzun mübarizədən sonra Mert Tatara çata biliblər. Zəlzələdən 79 saat sonra dağıntılar altından xilas edilən körpə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Daha bir sevindirici xəbər Malatyadan gəlib. Belə ki, Nazirə Şahin adlı sakin 79 saat sonra dağıntılar altından çıxarılıb.
"Haber Global” bununla bağlı kadrları paylaşıb.