03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hərbi prokuror ermənilərin dəhşətli işgəncələrindən danışdı

01.11.2018

Ermənilər əsir və girov götürdükləri azərbaycanlılara insanlığa sığmayan, dilə gətirilməsi belə çətin olan işgəncələr verirlər.
"Dövran Media" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda hərbi prokuror Xanlar Vəliyev deyib.
X.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ və ətrafında baş verən hadisələrlə əlaqədar, yəni həm Ermənistan Silahlı Qüvvələri, həm də Dağlıq Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin istintaqı ilə əlaqədar istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə aparılan istintaq nəticəsində aşkar edilib ki, erməni millətçiləri tərəfindən Dağlıq Qarabağ və ətraf rayonlarda, yəni öz torpaqlarında yaşayan minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə qəddarlıqla döyülərək işgəncə verilməklə qətlə yetirilib, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnib, evləri talan olunub, yüzlərlə yaşayış məntəqəsi boşaldılıb, milli memarlıq inciləri dağıdılıb, yüz minlərlə azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunub, Dağlıq Qarabağ və ətraf rayonlarda, habelə Erməistanla həmsərhəd olan bölgələrdə xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Silahı Qüvvələrinin hərbi qulluqçuları və mülki əhali əsir və girov götürülərək amansız, qeyri-insani rəftara, işgəncələrə məruz qalıb:
"Həmin cinayət hadisələrinin hərtərəfli araşdırılması, şübhəli şəxslərin müəyyən edilməsi, sübutların toplanması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi məqsədilə istintaq orqanı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında qarşılıqlı işgüzar əlaqələr yaradılıb. Belə ki, cinayət işi üzrə ümumilikdə 1636 şəxs dindirilb, Dövlət Komissiyasının 23 oktyabr 2018-ci il tarixinə olan məlumatına əsasən bilavasitə əsir düşmüş, girov götürülmüş və sonradan azad edilmiş 1480 nəfərdən 1113-ü, o cümlədən 1057-si zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib”.