Xilasedicilərimiz Türkiyənin zəlzələ bölgəsində əməliyyatlarını davam etdirir
09.02.2023
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
"DM" xəbər verir ki, hazırda azərbaycanlı xilasedicilər şəhərin Milli Egitim küçəsində, zəlzələ nəticəsində çökmüş Bəyaz Saray yaşayış binasında axtarış işləri aparır.
Bundan başqa, FHN-in xilasetmə qrupları şəhərin digər ərazilərində də fəaliyyət göstərir.
Qeyd edək ki, Kahramanmaraşda ümumilikdə FHN-in 725 nəfər əməkdaşı axtarış işlərinə cəlb edilib.